26 əmək yarmarkasına 1654 vakansiya çıxarılıb

15:52 02.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə paytaxt və regionlarda 26 əmək yarmarkası təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Hafta.az-a verilən məlumata görə, həmin aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran şəxslərə 206 işəgötürən tərəfindən 1654 vakansiya təqdim olunub.

Yarmarkalarda boş iş yerləri, vakansiyalara dair tələblər barədə məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər müsahibə mərhələsinə dəvət ediliblər.

Tədbirlərdə işsiz və işaxtaran şəxslər gentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları, həmin proqramlara müraciət proseduru barədə də məlumat əldə ediblər və onlara karyera məsləhəti xidməti göstərilib.