Yazını böyüt
Yazını kiçilt
Ağdaşda yanğın hadisəsi qeydə alınıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Mürsəl kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 5 otaqlı evin ikinci mərtəbəsinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 43 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.