65 yaşında övladları və 9 nəvəsi ilə doğma yurda qayıdır

09:35 26.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün öz doğma yurdumuza qayıdırıq, çox sevincliyik. Allah qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Prezident İlham Əliyevə də minnətdarıq ki, bizi bu gözəl torpaqlarımıza qovuşdurdu.

Hafta.az xəbər verir ki, bu sözləri açıqlamasında Kəlbəcər şəhərinə köçən keçmiş məcburi köçkün Səmayə Ağalarova söyləyib.

Sevincinin həddi-hüdudu olmadığını deyən S.Ağalarova bildirib:

“Vaxtilə dörd azyaşlı övladımla bu torpaqlardan çıxmışdım. Bu gün isə 65 yaşımda övladlarımla, 9 nəvəmlə birlikdə yenidən doğma yurduma qayıdıram".