8 əcnəbi vətəndaş əfv edilib

21:02 25.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 8 əcnəbi vətəndaş əfv edilib.

Onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 8 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfv edilənlərdən 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.