I Liqa təmsilçisi Premyer Liqada futbolçu axtarır

14:20 15.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yenidən Misli Premyer Liqasında oynamağı qarşısına hədəf qoyan “Səbail” komandası bir neçə mövqeyə futbolçu axtarır.

Hafta.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin baş məşqçisi Adil Şükürov məlumat verib.

“Müdafiənin sağ və sol cinahlarına, eləcə də 6 nömrə mövqeyinə futbolçular axtarırıq. Siyahımızda Premyer Liqa və I Liqadan olan oyunçular var. Hələlik yekun qərar verməmişik”, - deyə çalışdırıcı qeyd edib.

Mütəxəssis komandanın birinci dövrədəki çıxışını da dəyərləndirib:

“Şahdağ Qusar”la oyundakı heç-heçə və “Şimal”a məğlubuyyət arxayınlıqla bağlı oldu. Həmin matçlarda 3 xal qazanmalıydıq. Hədəfimiz yalnız Premyer Liqaya yüksəlməkdir”.

Qeyd edək ki, “Səbail” I Liqada XII turdan sonra 22 xalla üçüncü pillədə qərarlaşıb.