Yazını böyüt
Yazını kiçilt
Azərbaycan ilk dəfə fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasından məlumat verilib.
Bildirilir ki, bu uğura Nərgiz Süleymanova imza atıb. O, noyabrın 27-30-da İstanbulda keçirilən “Bosfor Kuboku”nda qısa və sərbəst proqramda 26 idmançı arasında 156.53 xal toplayaraq, qızıl medala sahib çıxıb və Avropa çempionatına vəsiqə qazanıb.
Həmin yarışda Arina Kaluqina (154.85 xal ) 5-ci, Səbinə Əliyeva (137.22 xal) isə 6-cı yeri tutublar.