Yazını böyüt
Yazını kiçilt
İmişli rayonu ərazisində 3 nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, hadisə saat 11 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "Toyota", "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində xəsarət alan 3 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.