İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir

22:10 05.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniya hökuməti İranın Türkiyə və Azərbaycana qarşı son hücumlarını kəskin şəkildə pisləyir.

Hafta.az xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyinin X səhifəsində bu barədə bildirilib.

Qeyd olunub ki, İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa tamamilə ziddir. Ölkələrin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması eskalasiya riskini artırır.