İsrailin İran müharibəsi ilə bağlı ÜÇ EHTİMALI

17:14 02.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaxın Şərq münaqişəsinin üç son ssenarisi var, bunlardan birincisi mövcud siyasi rejimin və hərbi rəhbərliyin devrilməsidir. Bu ssenaridə, hazırda ABŞ-da olan keçmiş şahın oğlu Rza Pəhləvi hakimiyyətə gələ bilər.

Hafta.az bildirir ki, bu fikirləri beynəlxalq münasibətlər və milli təhlükəsizlik üzrə israilli ekspert Simon Tsipis bildirib.

"İkinci ssenari, İraq, Suriya və Liviya ilə baş verdiyi kimi, İslam Respublikasının məhv edilməsini və onun süqut etmiş bir dövlətə çevrilməsini nəzərdə tutur: xaos hökm sürəcək", - deyə politoloq bildirib.

Onun sözlərinə görə, üçüncü mümkün ssenari rejimin qorunması və ABŞ-ın İrana qarşı kampaniyasının məhdudlaşdırılmasıdır. Tsipis izah edib ki, bu halda Vaşinqton məhdud resursları nəzərə alınmaqla nüfuzuna dəyən ziyanı azaltmaq üçün bu addımı atacaq.

O xatırladıb ki, amerikalılar hazırda dəniz əməliyyatı aparır və sürətlə silah, yanacaq və ərzaq ehtiyatlarını itirirlər. Əgər İran bu şəraitdə bir ay gözləsə, ABŞ geri çəkilməyə və ya daha radikal tədbirlərə, məsələn, desant əməliyyatına əl atmağa məcbur olacaq. Lakin Vaşinqtonun dəniz əməliyyatını dayandırması, qüvvələrini regiondan çıxarması və Tehranla dialoq qurmağa çalışması ehtimalı daha yüksəkdir.

Ləman Əliyeva