İtaliya miqrantları xilas edən gəmini limanda həbs edib

10:38 28.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliya hökuməti Britaniya küçə rəssamı Benksinin maliyyələşdirdiyi miqrant xilasetmə gəmisini limanda saxlayıb.

Hafta.az-ın “Insider”ə istinadən yazdığına görə, İtaliya Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada bazar günü Lampeduza adasında lövbər salan gəminin əmrlərə məhəl qoymaması səbəbiylə limandan çıxmasına icazə verilmədiyi bildirilib.

Fransız anarxist Luiza Mişelin adını daşıyan gəmi həftə sonu Tunisdən yola çıxan və İtaliya sahillərinə çatmaq istəyərkən batan iki qayıqda immiqrantları xilas etmək üçün əməliyyat keçirib.

Qeyri-hökumət təşkilatı gəmisinin heyətinin verdiyi açıqlamada, 29 nəfərin ölümü ilə nəticələnən fəlakətdə şənbə günü qayıqlardan birində olan 34 nəfərin xilas edildiyi bildirilib.

Sahil Mühafizəsinin açıqlamasına görə, gəmiyə bu xilasetmə əməliyyatından sonra Siciliyanın Trapani limanına yanaşması bildirilib. Bununla belə, ekipajın əmrə əməl etmədiyi və bazar günü üçü Maltada, biri Liviyada olmaqla daha 4 xilasetmə əməliyyatına başlayaraq qaydaları pozduğu irəli sürülüb.

İtaliyanın baş naziri Giorgia Meloni başçılıq etdiyi sağçı hökumətin dekabrda tətbiq etdiyi yeni qaydalara əsasən, QHT-lərə məxsus gəmilərin xilasetmə əməliyyatından sonra başqa bir əməliyyata keçməzdən əvvəl limanda lövbər salması tələb olunur. Sahil Mühafizəsi iddia edib ki, gəminin bu qaydaya əməl etməməsi "həssas axtarış və xilasetmə işlərini koordinasiya etməyi çətinləşdirir".

“Luiza Mişel” komandası isə İtaliya rəsmilərinin heç bir hüquqi əsas olmadan gəmilərini saxladığını deyərək, twitter hesablarında bu açıqlamaları verib: “Hazırda adanın düz qarşısında onlarla qayığın təhlükədə olduğunu bilirik, lakin bizim kömək etməyimiz mümkün deyil. Bu qəbuledilməzdir!”.

Xatırladaq ki, Fransa donanmasının keçmiş gəmisi olan “Luiza Mişel” məşhur rəssam Benksinin verdiyi maliyyə ilə 2020-ci ildə alınıb və fəaliyyətə başlayıb.

Oxunma sayı 223