ABŞ Boeing-lərlə bağlı Türkiyəyə təsir göstərməyə çalışıb

20:16 26.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Rusiya hava yollarına məxsus ABŞ istehsalı olan təyyarələrin Türkiyəyə uçuşları dayandırması üçün Ankaraya təzyiq göstərməyə çalışıb. Bu barədə “The Wall Street Journal”da dərc olunan məqalədə deyilir.

Nəşrin həmsöhbətləri bildiriblər ki, 2022-ci ilin dekabrında ABŞ rəsmiləri Türkiyə strukturlarının Rusiya, eləcə də Belarus daşıyıcılarına xidmət göstərməyə davam etməsinin nəticələri barədə xəbərdarlıq ediblər. Bunun üçün onları cərimələr, ixrac imtiyazlarının itirilməsi və hətta həbs cəzası gözləyir.

WSJ aydınlaşdırır ki, bu cür məlumatı Türkiyə tərəfinə ticarət nazirinin köməkçisi Thea Roseman Kendler çatdırıb. Departament jurnalistlərə təfərrüatlı məlumat verməsə də, Vaşinqtonun Rusiya, Belarus və İran təyyarələrinə tətbiq etdiyi məhdudiyyətlərə riayət olunmasına nəzarət etmək üçün xarici aviaşirkətlərlə əməkdaşlıq etdiklərini bildirib.

Oxunma sayı 134