ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edildi

23:57 13.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Bu barədə hafta.az xarici mətbuata istinadən xəbər verir. Bildirilir ki, bu, ölkədə koronavirusun yayılması ilə əlaqədardır.

“Mən rəsmi şəkildə fövqəladə vəziyyət rejimi tətbiq edirəm”, - deyə ABŞ prezidenti bildirib.  

Tramp qeyd edib ki, bu, virusla mübarizəyə 50 milyard ABŞ dolları ayırmağa imkan verəcək.