Yazını böyüt
Yazını kiçilt
ABŞ Əmək Departamenti öz internet saytında iyulda ölkədə istehlak qiymətlərinin illik ifadədə 3,2% artdığını, bir ay əvvələ nisbətdə 3% artdığını bildirib.
Beləliklə, ABŞ-da illik inflyasiya keçən iyun ayından bəri ilk dəfə olaraq sürətlənib.
Aylıq əsasda ölkədə istehlak qiymətləri iyunda 0,2% artdıqdan sonra iyulda 0,2% artıb.
Ərzaq və enerji qiymətləri istisna olmaqla, ABŞ-da baza inflyasiyası iyunda 4,8%-dən 4,7%-ə enib və aylıq bazada 0,2% təşkil edib.