ABŞ-da irqçi qətliam - 10 ölü

10:04 16.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Buffalo şəhərində bazara silahlı hücum nəticəsində 10 nəfər ölüb. İrqçi motivlərlə hərəkət etdiyi bildirilən 18 yaşlı hücumçu Payton Gendron hadisəni Twitch video platformasında canlı yayımlayıb.

Hafta.az bildirir ki, Nyu-Yorkun Buffalo şəhərində “Tops Friendly Market” adlı mağazaya daxil olan Payton Gendron irqçi şüarlar səsləndirərək insanlara atəş açıb. Ötən gün baş verən hücumda bazarda mühafizəçi işləyən təqaüdçü polis də daxil olmaqla 10 qaradərili amerikalı öldürülüb. Polis hadisə yerinə gəldikdən sonra intihara cəhd edən təcavüzkar son anda nəzarətə götürülüb.

Hücumçunun hədəf aldığı 13 nəfərdən 11-nin qaradərili olduğu bildirilərkən, Federal Təhqiqat Bürosu (FTB) hadisə ilə bağlı irqçilik araşdırması başlatdı.

Oxunma sayı 49