ABŞ-nin Vitse-prezidenti Bakıdadır - YENİLƏNİB

17:47 10.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ceyms Devid Vens Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

***

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini başa vurub.

Hafta.az xəbər verir ki, o, Azərbaycana səfərə yola düşüb.