ABŞ Ukraynaya 31 Abrams tankı göndərəcək

20:14 25.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Ukraynaya 400 milyon dollar dəyərində 31 Abrams tankı göndərəcək, Bloomberg jurnalisti Cennifer Jacobs Twitter hesabında yazıb.

“Bayden administrasiyası 400 milyon dollarlıq müqavilə çərçivəsində Ukraynaya 31 M1 Abrams tankı göndərəcək”, - deyə Ceykobs mənbələrə istinadən yazıb.

Bundan əvvəl CNN iki amerikalı rəsmiyə istinadən xəbər vermişdi ki, ABŞ Ukraynaya 30-a yaxın Abrams tankı göndərmək planını yekunlaşdırır. ABŞ administrasiyasının tankların göndərilməsi ilə bağlı açıqlaması hələ bu həftə verilə bilər.