ABŞ və Ukrayna müdafiə nazirləri növbəti silah yardımını müzakirə ediblər

23:31 21.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Oleksiy Reznikovla telefon danışığı aparıb.

Hafta.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Nazirlər Ukraynanın Rusiya ilə müharibədə ehtiyac duyduğu silahları müzakirə ediblər.

Mayın 23-də Ukraynaya yeni hərbi yardımla bağlı koordinasiya qrupunun iclası keçiləcək. İclasda Ukraynaya hansı silahların göndəriləcəyi müzakirə ediləcək.

Oxunma sayı 33