Yazını böyüt
Yazını kiçilt
Abşeron rayonunda mikroavtobus yanıb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində "Mercedes" markalı mikroavtobusun yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqdakı mağazanın şüşəsi sınıb. Mağaza yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.