AFFA rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

17:11 20.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AFFA rəhbərliyi və əməkdaşları 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bu barədə hafta.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların məzarları üzərinə qərənfillər düzülüb, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.