Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirilib

11:37 29.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda ikinci turun oyunları keçirilir.

Hafta.az xəbər verir ki, F qrupunda Qabon Mozambikə 2:3 hesabı ilə uduzub. E qrupunda Sudan Ekvator Qvineyasına 1:0 hesabı ilə qalib gəlib. Qrupun digər matçında Əlcəzair Burkina Fasonu eyni hesabla üstələyib. F qrupunda Fildişi Sahili Kamerunla qollu heç-heçə edib - 1:1.