Trampla Netanyahu arasında görüş başa çatıb - YENİLƏNİB

20:50 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüş yekunlaşıb.

Hafta.az xəbər verir ki, görüş mediaya qapalı olub.

Ağ Evin mətbuat katibi Kerolayn Livit görüşün pozitiv və məhsuldar keçdiyini açıqlayıb.

***

Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş keçirilir.

Hafta.az xəbər verir ki, görüş mediaya qapalıdır.

Tərəflər İrandakı münaqişəni, Livandakı Üçtərəfli Çərçivə ilə bağlı irəliləyişi və Abraham Sazişlərinin genişləndirilməsini müzakirə edəcəklər.