Yazını böyüt
Yazını kiçilt
28 iyul gecəsi Moskva bölgəsi kütləvi dron hücumuna məruz qalıb.
Hafta.az xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin məlumat yayıb.
Onun sözlərinə görə, on saat ərzində paytaxta 390-dan çox PUA uçub, onlardan 81-i yaxınlaşarkən məhv edilib. Bir dron Çexovda çoxmənzilli binaya dəyib və iki mənzilə ziyan vurub.
Səlahiyyətlilər xəsarət alanların olmadığını bildiriblər.