Zelenski ABŞ-a getdi

10:38 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri başlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Zelenski Teleqram səhifəsində məlumat verib.

"Artıq ABŞ-dəyəm. Səfər çərçivəsində Prezident Tramp, onun komandası və müdafiəmizi dəstəkləyə biləcək şəxslərlə görüşlər olacaq. Bir nömrəli prioritet antiballistik və Amerika ilə strateji əməkdaşlıqdır", - deyə Zelenski bildirib.

Ukrayna Prezidenti, həmçinin senator Linds Qreminin dəfn mərasimində də iştirak edəcək.