Ağacları kəsən şəxs məsuliyyətə cəlb olunub

10:18 05.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli rayonun Məmmədli kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Əliyetməzli kənd sakini Ə.Mehdiyev saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Polis kəsilmiş ağacları maddi sübut kimi götürüb.

Təbiətə ziyan vuran Ə.Mehdiyev barəsində protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.