Ağcabədi DSK-nın üzvü həbs olunub

17:24 26.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

82 saylı Ağcabədi dairə seçki komissiyanın həlledici səs hüquqlu üzvü Aydın Bəşir oğlu Quliyev həbs olunub.

Hafta.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK katibi Mikayıl Rəhimov deyib.

O bildirib ki, bu gün keçirilən ilk iclasda Aydın Quliyev DSK üzvlüyündən çıxarılıb: “Məhkəmə qərarına əsasən, o, 31 may tarixində həbs edilib”.