Ağdamda məşhur “Çay evi” yenidən inşa olunacaq

14:53 27.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam şəhərində məşhur “Çay evi” yenidən inşa olunacaq.

Hafta.az xəbər verir ki, bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.

Prezidentin xüsusi nümayəndəsi bildirib ki, “Çay evi” Ağdam şəhər mərkəzi parkının ərazisində, əvvəlki yerində tikiləcək.