Ağsu rayonunda ev yanıb

22:00 09.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yüksək temperaturdan tavan 38 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.