Aİ ölkələri bütün təbii qaz anbarlarını doldurdu

11:55 18.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqına üzv ölkələr təbii qaz anbarlarını doldurmaq üçün uzun müddətdir qaz toplayırlar. Avropa ölkələrinin anbarlarında ümumi səviyyə 90 faizə yaxınlaşıb. Aİ Komissiyasının sözçüsü Stefan de Kirsmaecker, üzv ölkələrin təbii qaz anbarlarını noyabrın 1-nədəkr ən azı 90 faiz doldurmağı hədəflədiklərini və bu hədəfə 2,5 ay əvvəl çatıldığını söyləyib. O, anbarların doldurulması prosesinin davam etdiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Avropa İttifaqına üzv ölkələr ildə təxminən 400 milyard kubmetr təbii qaz istehlak edirlər. Amma bütün ölkələrin anbar həcmi cəmi 110 milyard kubmetrdir. Yəni anbarlar tam dolu olsa belə, yığılan ehtiyyatla qışdan qaydasınca çıxmaq mümkün deyil.

Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ ölkələri təbii qazın 40 faizini Rusiyadan alırdılar. Müharibə ilə Rusiyadan Aİ-yə təbii qaz nəqli xeyli azalıb.

Aİ qaz anbarlarında yüksək doluluq nisbətlərinə baxmayaraq, qiymətlər artmaqda davam edir. Buna Avstraliyadakı mayeləşdirilmiş təbii qaz zavodlarında işçilərin planlaşdırdıqları tətil də öz təsirini göstərir.