Ailədə uşaqlara selektiv yanaşma - Nəyi düz etmirik?

10:30 11.09.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Valideyin övladlarına eyni sevgini göstərməlidir. Ən qorxulu isə odur ki, ata-ana öz doğma övladılarının qətlinə qərar verirlər. Bundan dəhşətlisi yoxdur.

Bunu hafta-az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu ailələrdə övladlara selektiv yanaşma məsələsinə münasibət bildirərkən dedi. Sosioloq hesab edir ki, selektiv yanaşmada demoqrafik yox, mənəvi tərəf əsas məsələdir:

“İlk baxışdan bu hədəfsiz görünə bilər. Amma ailənin belə bir davranışı gələcəkdə uşaqların da mənən davranışlarına yansıyır. Bu təsir ətrafa neqativ yanaşma gətirir. Düzdür, ölkədə oğlan uşaqlarına üstünlük olub. Amma hazırki vəziyyətdə cinsiyyətindən fərqli olmayaraq uşaqlar arasında selektiv yanaşma olur. Oğlan uşaqlarının çoxluğuna narahat olmaq lazım deyil. Müxtəlif tanınmış adamlar tez-tez danışırlar ki, guya ölkədə oğlan uşaqlarının sayı çoxalıb, qız uşaqları azalıb. Demoqrafik partlayışın yaranacağını deyənlər çoxdur. Amma bu haqda belə fikir irəli sürmək doğru deyil. Çünki oğlanlar böyüdükdən sonra çoxu xaricə köçüb gedir. Amma hələ də bizdə elə hesab edirlər ki, oğlan uşaqları çoxalarsa onlar üçün evlənməyə qız olmayacaq. Bu çox yanlış düşüncədir. Əslində say eyni olsa problem olar. Bütün uşaqlar qarşısında öhdəlik bərabər olmalıdır”.

Psixoloq İlahə Dəmirbəyin fikrincə, uşaqlar arasında fərq qoymaq, onlar arasında seçim etmək, birinə o birindən daha çox sevgi göstərmək çox yanlış bir qərardır, uşaqların həyatında travma yaradacaq faktordur:

“Uşaqlar böyüyüb cəmiyyətin bir nümayəndəsi olur. Uşaq ilk növbədə mikro mühitdə böyüyür. Davranışlar tərbiyə olunduqdan sonra makromühitə buraxılır. Yəni ailədən, cəmiyyətə keçid dövrü başlayır. Əgər biz uşaqlar arasında fərq qoyarıqsa, onlar da öz aralarında fərq qoyur, qısqanclıqlar baş qaldırır. Özünü yetərsiz, sevilməyən uşaq kimi qavrayır. Bu hallar özgüvənsizliyə gətirib çıxarır. Bir müddətdən sonra bu ayrımçılıq depressiyaya səbəb olur. Özünə qapanan bir şəxsiyyət formalaşır. Ailəinin selektiv yanaşması gələcəkdə uşaqların doğru sahəyə yönəlməsinə də təsir edir.

Sosial rubrikasından digər xəbərlər