Alen Delon VƏFAT ETDİ

10:15 18.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Alen Delon

Məşhur fransız aktyor, rejissor, prodüser, ssenarist olan Alen Delon vəfat edib.

Hafta.az xəbər verir ki, aktyor 88 yaşında dünyasını dəyişib.

1935-ci ildə dünyaya gələn Alen Delon 1957-ci ildən başlayaraq, kinoda şöhrət qazanıb. O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.