Alla Puqaçova solo konsert verəcək

11:02 06.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Müğənni Alla Puqaçova ilin sonuna qədər Rusiyada böyük solo konsert vermək istəyir.

Hafta.az-ın “Mash Telegram” kanalına istinadən yazdığına görə, müğənninin prodüseri Sergey Dvortsov deyib ki, sənətçi övladları ilə birlikdə avqustun sonunda Moskvadakı evinə 1 həftəlik qayıdarkən konsertin konkret hansı taridə olacağına dair qərar verəcək və onlar hazırda şou üçün məkan seçimi üzərində çalışırlar.

Bundan əlavə, ifaçı vəkillərlə birlikdə əri, şoumen Maksim Qalkin üçün elan olunumuş xarici agent ittihamı ilə bağlı məsələni həll etməyə çalışmağı planlaşdırır.

Xatırladaq ki, mətbuat Puqaçovanın bu ilin yayın sonuna qədər Moskvaya planlaşdırılan səfəri barədə xəbərlər yaymışdı. Mənbə aydınlaşdırıb ki, sənətçinin vətəninə səfərinin məqsədi sənədləri yeniləmək, əmlakını yoxlamaq və dostları ilə görüşməkdir.