Almaniya orduya 17 milyard avro xərcləməyi planlaşdırır

11:33 02.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Almaniya raketdən müdafiə sistemini gücləndirmək üçün təxminən 17 milyard avro ayırmaq niyyətindədir. Bloomberg mənbələrə istinadən xəbər verir.

"Almaniya 17 milyard avroya başa gələ biləcək çoxqatlı raket əleyhinə qalxan yaratmaq üçün bir neçə müdafiə şirkəti ilə danışıqlar aparır", - agentliyin açıqlamasında deyilir.

Mənbələrin bildirdiyinə görə, Almaniya kansleri Olaf Şolz hökuməti Diehl Defence ilə dəyəri 2-3 milyard avro arasında olan səkkiz IRIS-T hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı danışıqlar aparır. Bundan əlavə, planlara İsrailin 4 milyard avro ayıracaqları Arrow 3 raketdən müdafiə sistemi, həmçinin 10 milyard avro dəyərində Amerika Patriot sistemi daxildir.