Almaniyanın tank qərarını alqışlayıram - Stoltenberq

20:43 25.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın Ukraynaya Leopard 2 tankları göndərmək qərarı ilə bağlı açıqlamasında deyib:

“Mən kansler Şolz və Almaniyanın digər NATO müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşərək Ukraynaya Leopard 2 tankları tədarük etmək qərarını alqışlayıram”.

Almaniya hökuməti Leopard 2 tanklarını Ukraynaya göndərmək üçün yaşıl işıq yandırıb. Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit Berlin administrasiyasının Ukraynaya Leopard 2 tankları göndərəcəyini və digər ölkələrin inventarlarında olan Almaniya istehsalı olan Leopard tanklarını Ukraynaya tədarük etməsinə icazə verəcəyini açıqlayıb.