“Şərqi Asiyanı Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhliz bizə bugünkü dünyada getdikcə daha nadir olan bir şey təklif edir: geosiyasi parçalanmaları aşan sabit və etibarlı tranzit marşrutunu”.
Hafta.az yazır ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Kobaxidze ənənəvi marşrutların etibarlı olmadığı bir dünyada alternativ dəhlizlərin zəruri olduğunu bildirib.
“Bu gün qarşılaşdığımız sual açıq-aydın baş verən transformasiyaya aid deyil, əsl sual ona necə cavab verəcəyimizdir; Geosiyasi şoklara tab gətirəcək qədər dayanıqlı və eyni zamanda rifahı təmin edəcək qədər açıq olan ticarət sistemini necə yaratmalıyıq? Ənənəvi marşrutların etibarlı olmadığı bir dünyada alternativ dəhlizlər zəruridir. Parçalara bölünmüş qlobal iqtisadiyyatda, parçalanmaları aşa bilən ölkələr əvəzsiz olurlar, qeyri-müəyyənlik dövründə isə stabilik özü strateji aktivdir. Dünyanın daha dayanıqlı ticarətə ehtiyacı var, ticarətin azalmasına yox. Onun təcridə deyil, intellektual şaxələndirməyə ehtiyacı var. Tərəf seçmək olmaz, etibarlı birləşdirici körpülər qurulmalıdır” deyən Baş anzir qeyd edib ki, bu, vəziyyət bizi artıq sadəcə variant deyil, qlobal ticarət üçün zəruri şərt olan Orta Dəhlizə aparır.