"Ötən ilin mühüm ictimai-siyasi hadisələrindən biri olan “Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri” zamanı vətəndaşların seçki hüququnun təmin olunması vəziyyəti Ombudsman tərəfindən xüsusi diqqətdə saxlanıb. Bu məqsədlə paytaxtda və regionlarda seçki hüququ ilə bağlı geniş maarifləndirmə tədbirləri təşkil edilib".
Hafta.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisi bugünkü iclasındakı məruzəsində bildirib.
"Ombudsman Aparatının və regional mərkəzlərin əməkdaşları tərəfindən 38 şəhər və rayonda, o cümlədən muxtar respublikada 101 seçki dairəsi üzrə 708 seçki məntəqəsində müstəqil qaydada, öz təşəbbüsləri əsasında müşahidələr aparılmışdır. Seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı şikayət və ya müraciət daxil olmamışdır" -məruzədə deyilib.