AQTA pandemiya ilə əlaqədar 193 min manatdan çox cərimə yazıb

13:25 17.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Koronavirus pandemiyası ilə əlaqədar 2022-ci ildə ölkə ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələri üzrə 59,3 min monitorinq keçirilib.

Hafta.az xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd olunub ki, ümumilikdə 8,9 min müəssisədə 513 nöqsan aşkar edilərək 193,5 min manat məbləğində inzibati xəta haqqında protokol tərtib edilib