Arayik gedir, Vardanyan gəlir... - XANKƏNDİNDƏ TƏHLÜKƏLİ OYUN SSENARİSİ

12:26 05.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bir müddətdir ki, erməni əsilli Rusiya vətəndaşı, milyarder Ruben Vardanyanın icazəsiz bir halda rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində yerləşməsi müzakirə mövzusudur.

Erməni milyarderin son dönəmlərdəki "fəallığı" onun separatçıların hazırkı başçısı, Azərbaycanın İnterpol vasitəsi ilə axtarışa verdiyi Arayik Arutyunyanı (Moskvanın "xeyir-dua"sı ilə) əvəz edəcəyi ilə bağlı iddiaları gücləndirib

Hafta.az bildirir ki, Ermənistanın “Joqovurd” qəzetinin yazdığına görə, Arayik Arutyunyan həqiqətən də, "hakimiyyəti" “paket” şəklində Vardanyana ötürmək və getmək niyyətindədir:

"Ruben Vardanyan tezliklə Artsaxa dövlət naziri təyin olunacaq. Arayik Arutyunyan "dövlət nazirinə" geniş səlahiyyətlər vermək, onu "baş nazir" statusuna bərabərləşdirmək və bütün "hökuməti" Ruben Vardanyana vermək niyyətindədir.

“Beləliklə, Ruben Vardanyanın "vətəndaşlığı" məsələsi də həll olunacaq, çünki bu gün o, Qarabağda heç bir "seçkili vəzifə" tuta bilməz.

Məhz bu müddət ərzində Vardanyan özünü sübut etməli və "layiqli əvəzedici" olduğunu sübut etməlidir.

Başqa sözlə, Ruben Vardanyan hazırda sınaq müddətindədir”, - qəzet yazır.

Oxunma sayı 3061