“Araz-Naxçıvan”ın hazırda transfer planı yoxdur

11:56 13.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Araz-Naxçıvan” komandası mövsümün ikinci yarısında heyətinə futbolçu qatmağı düşünmür.

Hafta.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusifov bildirib.

Qeyd edib ki, hələlik transfer etmək istəmirlər:

“Hazırda danışıq apardığımız futbolçu yoxdur. Mövsümün ikinci yarısına əlimizdə olan heyətlə hazırlaşırıq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” mövsümün birinci hissəsində 26 xal toplayaraq turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Komanda hazırlıq çərçivəsində yanvarın 14-də “Qəbələ” ilə yoxlama görüşündə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.