Yazını böyüt
Yazını kiçilt
23 Sentyabr Italiyanın Bolonya şəhərində güllə atıcılığı üzrə Avropa Çempionatı keçirilib. 20-dən çox ölkənin 47 idmançısının mübarizə apardığı yarışda Azərbaycanı Dünya Kubokunun 3-cüsü Ruslan Lunev təmsil edib.
Hafta.az-ın məlumatına görə, idmançımız kiçik çaplı tapancadan 25 metr məsafəyə atışda 587 xal hesabı ilə 1 ci yerə layiq görülüb.
Qeyd edək, Ruslan 22 sentyabr tarixdə güllə atıcılığının 25 m məsafəyə 5 hədəfə atışında 580 xal toplayaraq 5-ci yerə layiq görülüb və Tokio 2020 Olimpiya oyunlarına lisenziya qazanıb.