Avropa Şurasının Baş katibi 9 noyabr tarixli atəşkəs razılaşmasını alqışlayıb

15:22 23.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun məktubuna cavab verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən hafta.az-a verilən məlumata görə, AŞ Baş katibi məktuba cavabında 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.