Avstraliyalı müsəlman professora Qətərdə 5 ay şiddətli işgəncə verilib

10:30 26.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şri Lanka əsilli Avstraliya vətəndaşı Lokman Talib adlı professorun Qətərdə hakimiyyət orqanları tərəfindən 5 ay ərzində şiddətli işgəncəyə məruz qaldığı iddia edilib.

Hafta.az-ın "Middle East Eye"yə istinadən yazdığına görə, Qətər Universitetinin Xalq Sağlamlığı Departamentinin professoru 58 yaşlı Talib, ölkə səlahiyyətlilərinin onu və 24 yaşlı oğlunu 5 ay müddətinə həbs etdiyini, onların bu proses zamanı işgəncə və çox pis rəftara məruz qaldıqlarını bildiirb.

Talib deyib ki, həbs zamanı Qətər səlahiyyətliləri onu və oğlunu sorğu-sual edib, lakin onların nə üçün saxlandığına dair məlumat verməyiblər.

Bildirilib ki, səlahiyyətlilər ata və oğula bir çox insanın fotoşəkillərini göstərərək onlar haqqında məlumat tələb ediblər. Üstəlik, onlar Talibi müxtəlif sənədlərə imza atmağa məcbur ediblər.

Məlum olub ki, Qətər hakimiyyəti Talib və oğlunu 5 aylıq həbsdən sonra 24 dekabr 2020-ci ildə azadlığa buraxıb.

Talib 2010-cu ildə oğlu və qızı ilə birlikdə "Mavi Mərmərə" gəmisi aksiyasına qatılıb və oğlu İsrailin bu donanmaya hücumu nəticəsində ağır yaralanıb.
Lakin ən maraqlısı odur ki, onlar azadlığa buraxılandan az əvvəl ABŞ Maliyyə Nazirliyi Talibin digər oğlunu "Əl-Qaidə" üçün “maliyyə vasitəçisi” olmaqda ittihamlayıb və Əhməd Lokman Talib 2021-ci ildə Melburnda həbs olunub.

Ata Lokman Talib isə vətəndaşı olduğu Avstraliyanın onu "terror hücumunda iştirak edəcəyi və terror təşkilatlarına kömək edəcəyi şübhəsi ilə" TEO adlı terrorizləmə siyahısına əlavə etdiyini bildirib. Avstraliya Talıbın adıçəkilən siyahıya daxil olması səbəbindən bir müddət ölkəyə geri qəbul etməyib.

Talıb özünə qarşı heç bir ittihamın irəli sürülmədiyini və mühakimə olunmadığını iddia edib. Bildirib ki, ailəsinin kollektiv cəzalandırılması prosesi onun saxlanılıb saxlandığı gündən başlayıb.

Qeyd edək ki, professor Lokman Talıb hazırda Qriffit Universitetində dərs deyir.

Oxunma sayı 394