Avtomobillərin ehtiyat hissələrini oğurlayan şəxs yaxalanıb

12:39 14.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə rayon ərazisində “Mack” markalı iki avtomobildən 40 min manat dəyərində ehtiyat hissələrinin sökülərək oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Şabanov müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı təhqiqat davam edir.