Aysel Əlizadənin "O da ki" sürprizi

15:54 12.06.2026 Müəllif:Ayəndə Dadaşova
Yazını böyüt
Yazını kiçilt

Müğənni Aysel Əlizadə doğum gününü yaradıcılıq sürprizi ilə qeyd edib.

Hafta.az xəbər verir ki, sənətçi bu əlamətdar gündə dinləyicilərinə yeni layihəsini təqdim edib. "O da ki" adlı mahnının sözləri və musiqisi Leyli Erol, aranjemanı isə Hakan Erol imzasını daşıyır.

Mahnı dinləyicilərə klip ilə birlikdə təqdim olunub. Klipin rejissorluğu Xəyal Nəcəfli tərəfindən həyata keçirilib.

Layihədə Aysel Əlizadə zərif və eleqant görünüşü ilə diqqət çəkib. Müğənni qara libası və qızılı aksessuarları ilə obrazına xüsusi ahəng qatıb.

Həm musiqisi, həm də vizual tərzi ilə seçilən "O da ki" layihəsi sənətçinin rəsmi yutub kanalında və bütün musiqi platformalarında yayımdadır.