Azərbaycan COP29-a yüksək səviyyədə hazırlaşır -Vladanka Andreeva

11:06 27.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan COP29-a yüksək səviyyədə hazırlaşır.

 

Hafta.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib.

 

O bildirib ki, iqlim ambissiyalarınıın Azərbaycana necə təsir edəcəyi olduqca vacibdir:

 

"Burada cəmiyyətin hər bir fərdindən söhbət gedir. İqlim dəyişmələri ilə bağlı təhsil sahəsində də maarifləndirmə işləri aparılır. Bu çox sevindirici haldır ki, hətta bağça yaşlarından uşaqlara iqlim dəyişmələri və onun dünyamıza təsiri öyrədilir. Daha çevik bir yanaşma ilə bu işləri davam etdirməliyik. Çünki artıq bu uşaqlar böyüyüb ali təhsilə başladıqda, ya da bazarın bir üzvü olduqda mütəxəssis kimi də bu problemlərə həssas olsunlar".

 

COP29-un Azərbaycanda keçirilməsini müsbət qiymətləndirən Vladanka Andreeva vurğulayıb ki, Azərbaycan çox qısa zamanda bu mötəbər tədbirə hazırlanıb və noyabra qədər işlər tam yekunlaşacaq.

Oxunma sayı 87