Azərbaycan işğalda qalan 8 kəndi azad etməlidir - Fəzail Ağamalı

11:34 05.03.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan hərbi əməliyyatlar keçirib Ermənistanın işğalı altında qalan 8 kəndini də azad etməlidir.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzali Ağamalı bildirib.

Deputat qeyd edib ki, hadisələrin gedişi vəziyyətin o qədər də ürəkaçan olmadığını göstərir.

“Azərbaycan bölgədə sülhün bərqərar olması üçün çalışır. Amma Ermənistan Fransanın dəstəyi ilə silahanaraq Azərbaycana qarşı müharibəyə hazırlaşmaqdadır”.

F.Ağamalı bildirib ki, Azərbaycanın apardığı siyasət sülhpərvərdir və Azərbaycan xalqı, dövləti heç bir qüvvənin qarşısında təslim olmayacaq.