Azərbaycan millisinin üzvü Almaniyada oynayacaq

14:51 24.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub.

Bu barədə hafta.az-a AFFA-dan məlumat verilib.

Rusiyanın “Zenit” komandasında uğurlu çıxışları ilə diqqət çəkən N. Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.