Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edildi

15:22 05.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO-nun İcraçı İdarəetmə üzrə Baş Katibinin köməkçisi Karlo Borgini ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə diplomat “X” hesabında məlumat verib.

"Sülh Naminə Tərəfdaşlıq çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, eləcə də cari inzibati məsələlər ətrafında səmərəli müzakirələr apardıq", – Cəfər Hüseynzadə bildirib.