Azərbaycan nefti ucuzlaşdı

11:49 13.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 11-də 65,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel azdır.

Hafta.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,49 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,53 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,07 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,51 dollar/barel azdır.