Azərbaycan nefti ucuzlaşıb

12:56 08.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 7-də 102,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,93 dollar/barel azdır.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 100,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,93 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,29 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 98,28 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 6,25 dollar/barel azdır.