Azərbaycan Ordusunun polkovniki Kəlbəcərdə minaya düşdü

20:05 26.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.

O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.

Qeyd edək ki, Vüqar İsbəndiyarov polkovnik rütbəsi daşıyır.